Bloqosfer 2010 - Azərbaycan bloqçularının forumuna dəvət

E-mail Print PDF
10-12 Sentyabr tarixində Xudat şəhəri Nabran qəsəbəsinda bloqçularin və yeni media mütəxəssislərinin I forumu – Bloqosfer 2010 təşkil olunacaq. Forumda yeni media nümayəndələri ilə yanaşı bu sahəyə marağı olan hərkəs  - dövlət, QHT, biznes nümayəndələri və digər şəxslər iştirak üçün müraciət edə bilər.

Yeni media sahəsində mövcud olan problemlərin və gələcək planların müzəkirə ediləcəyi tədbirdə 100-ə yaxın şəxsin iştirakı planlaşdırılıb.
 

Televiziya jurnalistləri üçün təlim

E-mail Print PDF
Media Müxtəlifliyi İnstitutu (Böyük Britaniya) və “Yeni Nəsil” Jurnalistlər Birliyi televiziya jurnalistləri üçün 10 günlük treninq kursu təşkil edir. Treninq özünü ifadə azadlığına xələl gətirmədən insanların şərəf və ləqayətinin, işgüzar nüfuzunun qorunması istiqamətində jurnalist bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Məşğələlər sentyabr ayının 15-dən  24-dək Bakı şəhərində keçiriləcək.
 

Media Mərkəzi bir qrup jurnalistin İsveçə səfərini təşkil edir

E-mail Print PDF
İyul 22, 2010. Azərbaycan Media Mərkəzi bir qrup yerli jurnalistin cari ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament seçkilərindən sonrakı durumu işıqlandırmaq üçün Stohkolma səfərini təşkil edir. Bu səfərdə iştirak edəcək jurnalistlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə iştirak etmək üçün aşağıdakı mövzularda yazılar təqdim olunmalıdır:

- Seçki kampaniyası dönəmində KİV-də hansı qara PR üsulları ilə rastlaşmaq olar
- Seçki kampaniyası dönəmində yeni medianın açdığı imkanlardan necə yararlanmaq olar
 

Azərbaycan jurnalistləri üçün Almaniyada seminar

E-mail Print PDF

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, Almaniyanın Kommunikasiya üzrə Zaksen-Vestfaliya təşkilat bürosundan (SWOK-Sächsisch-Westfälisches Organisationbüro für Kommunikation) Mediya Təlimi üzrə Zaksen Fondunun təşkilatçılığı ilə cari ilin 20 sentyabr - 1 oktyabr tarixlərində Laypsiq şəhərində Mərkəzi və Şərqi Avropadan olan jurnalistlər üçün seminar keçirilməsi nəzərdə tutulmuşdur.

 

Məncə - Cənubi Qafqazda İnternetlə ilk canlı veriliş

E-mail Print PDF
Əli Novruzov, Azərbaycan Media Mərkəzi

Cənubi Qafqazda ilk dəfə olaraq İnternet vasitəsi ilə canlı yayımlanan veriliş Azərbaycanda fəaliyyətə başladı.

"Məncə" adlanan bu veriliş Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Media Mərkəzi tərəfindən təşkil olunur.